Leyla Əliyevanın təşəbbüsü ilə "Cırtdan və Sehirli xalat" meqa-şousu təqdim edildi

PrimeTime. Az
PrimeTime. Az
გამოქვეყნებულია 19.12.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Bakı Konqres Mərkəzində yeni ailəvi şou ilə uşaqların Yeni ilini təbrik etməyə gəlib.
Primetime.az xəbər verir ki, bu dəfə uşaqların sevimlisi "Cırtdan və Sehrli xalat" adlı meqa-şousunun daha da maraqlı və əlvan olacağını, interaktiv quruluşu, gözəl kostyumları və maraqlı süjeti ilə tamaşaçıların ürəklərini yenidən fəth edəcəyini vəd edir.
Budəfəki şouda 210 nəfər əməkdaş çalışır - kostyumları yaradan Moskva və yerli mütəxəssislər, yaradıcı qrup, təşkilati qrup, inzibati işçilər və Bakı Konqres Mərkəzinin əməkdaşları. Meqa-şounun ssenari müəllifləri həmişə olduğu kimi İlham Qasımov və Tural Sevdimalıdır, şounun bəstəkarları və aranjımançıları Ülviyyə və Bəbir Bəbirlilər ailəsidir. Şouda iştirak edən aktyorlar Azərbaycan teatrından yığma truppadır, uşaq kollektivi isə əsasən "Oyuq" teatrın aktyorlarından ibarətdir.



Xatırladaq ki, Azərbaycanda ilk ailəvi meqa-şou Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin sonunda və 2019-cu ilin əvvəlində baş tutdu. "Cırtdan nağıllar aləmində" adlı ən birinci ailəvi meqa-şouya 43 min tamaşaçı baxdı. Bu misli görünməyən şouda uşaqlarla yanaşı valideynlər də özlərini çox xoşbəxt hiss etdi.

Üstəlik, bu şou xeyriyyə xarakteri də daşıyır. "Cırtdan nağıllar aləmində" xeyriyyə şousunun rekord 22 sayından əldə olunan bütün gəlir - 397.000 AZN - Respublika Talassemiya mərkəzinə köçürüldü. .
.
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!

Runtime 00:01:35

PrimeTime. Az, prime time, yeni xeberler, cvn tv, azerbaycanda neler bas verir, en yeni xeberler, yanqin bas verdi, zerzele anlari, avtomobil qezasi, xeber, xeberler, gundem, trend azerbaycan,

კომენტარები: 13